İnkişaf İqtisadiyyatı Tədqiqat Mərkəzi

İnkişaf iqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi UNEC-in Elmi Şurasının 28 iyun 2019-cu il tarixli iclasının qərarına əsasən yaradılıb.

MƏRKƏZİN MƏQSƏDİ:
Öz vəzifələri və hüquqları çərçivəsində UNEC-in struktur böl­mə­ləri, dövlət orqanları, elm və təhsil qurumları və digər yerli və beynəlxalq təş­ki­lat­larla qarşılıqlı əlaqədə  fəaliyyət  göstərmək.


HƏDƏFİMİZ:

- iqtisadi və sosial-iqtisadi tədqiqatların aparıl­ma­sını və elmi tədqiqat işlərində empirik metodlardan istifadə olunmasını təşviq etmək;
- professor-müəllim heyətinə və tələbələrə keyfiyyətli elmi tədqiqatların aparılması və beynəlxalq bazalara çıxış imkanları ilə bağlı dəstək vermək;
- yerli və beynəlxalq əməkdaşlıq çərçivəsində elmi-tədqiqat layihələrini həyata keçirmək.

VƏZİFƏLƏRİMİZ:

– Elmi tədqiqat işləri və layihələri həyata keçirmək;
– Beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, təlimlər təşkil etmək;
– Müxtəlif dillərdə nəşrlər hazırlayıb çap etdirmək;
– Hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr, bülletenlər, kitablar və s. hazırlamaq;
–  Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq etmək;
–  Fəaliyyət  istiqamətləri  üzrə  daxil  olan  müraciətlərə  və  sorğulara qanun­ve­ri­ci­liyə  uyğun olaraq  baxılmasını  təmin etmək;
– Səlahiyyətləri  çərçivəsində  universitetin  inkişaf  konsepsiyasının həyata keçirilməsini təmin etmək;
– Laboratoriyanın  iş  planını və fəaliyyəti  ilə bağlı hesabatlar  hazırlamaq və s.

Mərkəzin üzvləri:

联系我们

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

电话

+(994) 012 497-62-67; 492-57-31

电子邮件

iitmerkezi@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri