Kafedranın əsas məqsədi maliyyə və audit sahəsində müasir bilik və bacarıqlara malik, analitik düşüncəli, milli və beynəlxalq standartlara uyğun peşəkar kadrlar hazırlamaq, eləcə də bu sahələrdə elmi-tədqiqat və praktiki fəaliyyətin inkişafını təmin etməkdir.
                
                    
                        
                            
UNEC-in Elmi Şurasının 16 sentyabr 2022-ci il tarixli  qərarı ilə “Maliyyə və maliyyə institutlari” kafedrasi ilə “Muhasibat uçotu və audit ” kafedrası  birləşdirilərək   “Maliyyə və audit” kafedrası yaradılmişdir. Kafedranın nəzdində fəaliyyət göstərən  «Maliyyə» laboratoriyası  kafedranin  elmi-nəzəri potensialının praktika  ilə əlaqələndirilməsi işini uğurla həyata keçirir. “Maliyyə və audit” kafedrasınin vəzifələrinə aiddir: tədrisin keyfiyyətinin və şəffaflığının
                        
                     
                    
                        
                            
yüksəldilməsi üçün tələbə-müəllim münasibətlərinin müasir dövrün tələbləri səviyyəsində təşkil etmək; əməkdaşların peşəkarlıq və elmi səviyyələrinin daim yüksəldilməsi istiqamətində işlər aparmaq; beynəlxalq indeksli jurnallarda məqalələrin dərc olunması, beynəlxalq və respublika əhəmiyyətli elmi-praktiki tədbirlərdə fəal iştirak etmək; yeni dərsliklər və dərs vəsaitlərinin hazırlanması və tərcümə edilməsi və s.