UNEC-in 3-cü tədris binası Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi 194 ünvanında yerləşir.
UNEC-in 3 saylı tədris binası köhnə binanın fasadı qorunmaqla 2020-ci ildə yenidən inşa edilərək tələbələrin istifadəsinə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yeni tədris korpusunun açılışında iştirak ediblər.
Müasir kampus standartlarına cavab verən, modern memarlıq üslubunda inşa edilmiş binada texniki və texnoloji ixtisaslar üzrə 3 mindən çox tələbə təhsil alır. Binada tədris prosesinin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradılıb. Burada geniş auditoriyalar və mühazirə zalları, linqafon otaqları və müasir laboratoriyalar, idman zalı, kitabxana, böyük və kiçik konfrans zalları, eləcə də yeməkxanakafe və istirahət məkanları mövcuddur.
UNEC Dizayn Məktəbi
Mühəndislik
Rəqəmsal İqtisadiyyat
Mühəndislik və Tətbiqi Elmlər
Dizayn
Rəqəmsal Texnologiyalar və Tətbiqi İnoformatika
Aziz Sancar adına Qida təhlükəsizliyi Laboratoriyası
Rəqəmsal
Qida Kimyası
Ekologiya
Fizika
Kimya və s.
Binanın ümumi sahəsi 13196.2 kv.m olub, 4 mərtəbədən və zirzəmidən ibarətdir. III tədris binasında inzibati, pedaqoji və struktur bölmələr üzrə otaqlar 7 997,7 m², auditoriyalar 2 278,3 m², kitabxana otağı
241,5 m², yeməkxana 340,1 m², mətbəx servisi 123,1 m², restoran 127,4 m², kafe 33,0 m², idman zalı 418,3 m², akt zalı 424,7 m², laboratoriyalar 1 208,1 m², tibb məntəqəsi isə 20 m² sahəni əhatə edir.