Vizyonumuz: UNEC Extern Mərkəzi regional və beynəlxalq səviyyədə rəqəmsal təhsil innovasiyaları sahəsində aparıcı mərkəzə çevrilməyi hədəfləyir. Mərkəz rəqəmsal texnologiyalar, süni intellekt, LMS və onlayn təhsil sistemlərinin inteqrasiyası vasitəsilə tədrisin keyfiyyətini artırmaq, regionda “Rəqəmsal Universitet” modelinin nümunəsinə çevirmək məqsədi daşıyır.
*
Missiyamız: UNEC Extern Mərkəzinin missiyası rəqəmsal texnologiyalardan səmərəli istifadə etməklə tədris prosesini müasir tələblərə uyğunlaşdırmaq, distant və hibrid təhsil modellərini inkişaf etdirmək, tədrisin fasiləsizliyini təmin edən innovativ rəqəmsal mühit yaratmaqdır. Mərkəz həm tələbələr, həm də müəllimlər üçün çevik, əlçatan və təhlükəsiz elektron tədris ekosistemi formalaşdırmaqla UNEC-in elektron universitet modelinə keçidini dəstəkləyir.
*
Rəqəmsal təhsil mərkəzi (“UNEC Extern”)-in tərkibində Rəqəmsal Təhsilin Təşkili Şöbəsi fəaliyyət göstərir.
*
Rəqəmsal Təhsilin Təşkili Şöbəsi
Rəqəmsal təhsil mərkəzinin (“UNEC Extern”) direktoru
Baş mütəxəssis
Böyük mütəxəssis
Mütəxəssis
Mütəxəssis
Operator-kargüzar
Kiçik mütəxəssis