Yaradıcılıq mərkəzi tələbələrin asudə vaxtlarının səmərəli formada keçməsini, tədbirlərin bədii hissəsinin hazırlanmasını təşkil edir.
Mərkəz universitetin istedadlı və həvəsli tələbələrini müvafiq dərnəklərə cəlb edir, mütəmadi şəkildə gənclərin dərnəklərdəki məşqlərini təşkil edir. Mərkəz universitet tələbələrini dərnəklərin fəaliyyəti barədə məlumatlandırır, onları dərnəklərə cəlb edərək
əlavə bacarıqlar qazandırır, ədəbi-bədii yaradıcılıq tədbirlərini
Mərkəz tərəfindən tələbələrin əl işlərindən ibarət sərgilər açılır, tələbələrin iştirakı ilə konsert və bədii proqramlar hazırlayır. Xarici mədəni yarışlarda, bədii tədbirlərdə ali təhsil müəssisəsinin adından təmsil edilməsini təşkil edir. Mərkəz universitetin fəaliyyət istiqamətləri üzrə və ictimaiyyət üçün maraqlı ola biləcək tədbirlərin keçirilməsi ilə bağlı təkliflər hazırlayır. Mərkəz işin peşəkar formada təşkili üçün digər ali təhsil müəssisələri ilə təcrübə mübadiləsi aparır. Fəaliyyət istiqamətlərinə uyğun digər dövlətlərin təcrübəsini öyrənir və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlayır.