Musa  Musayev Nadir

Musa Musayev Nadir

“Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti

Avesis link
Bakı, M.Muxtarov, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (daxili: 13-25)
1952-ci ildə Quba şəhərində anadan olub.
1969-1974-cü illər ərzində S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alaraq  tətbiqi  riyaziyyat  və mexanika fakültəsini riyaziyyat ixtisası üzrə bitirib.
Təyinatla Azərbaycan EA Kibernetika İnstitutuna göndərilib.
1976-1978-ci illərdə Ukrayna  EA-nın V.M.Qluşkov adına Kibernetika İnstitutunda ixtisasartırma kursu keçib.
1978-1982-ci illərə həmin institutun aspiranturasında oxuyub.
1985-ci ildə ”Bir sinif dialoq sistemlərin lahiyələndirilməsi vasitələrinin tədqiqi və yaradılması” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elimləri  namizədi alimlik dərəcəsi alıb.
1982-1988-ci illərdə Azərbaycan Milli Elimlər Akademiyasının Kibernetika İnstitutunda  işləyib.
1988-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasının dosentidir.
Hazırda “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosentidir. 
Ailəlidir, iki övladı var.