1934-cü ildə Xalq Təsərrüfatı Uçotu məktəbinin əsası qoyulmuşdur. 1934-1936-cı illərdə Bakı Xalq Təsərrüfatı Uçotu məktəbi, 1936-cı ildən Bakı Xalq Təsərrüfatı uçotu texnikumu adı ilə fəaliyyət göstərmişdir. 1966-cı ilin iyul ayından adı dəyişdirilərək Maliyyə-Kredit texnikumu, 1992-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabinetiniun 3 mart 1992-ci il tarixli 119 saylı qərarı ilə Azərbaycan Maliyyə-İqtisad Kolleci adlandırılmışdır. Respublikada orta ixtisaslı iqtisadçı kadrların hazırlanması ilə məşğul olan bu tədris müəssisəsi respublikada ilk kollecdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2015-ci il tarixli 280 saylı qərarı ilə Azərbaycan Maliyyə-İqtisad Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlandırılmışdır.
*
Azərbaycan Maliyyə-İqtisad Kollecində 4 şöbə (əyani təhsil) və 1 qiyabi şöbə fəaliyyət göstərir. 
1. Mühasibat uçotu
2. Maliyyə işi
3. Vergi işi
4. Bank və sosial iş
5.      Qiyabi şöbə 
*
Kollecdə aşağıdakı fənn birləmə komissiyaları fəaliyyət göstərir:
1. Maliyyə və mühasibat fənn birləşmə komissiyası
2. İqtisadiyyat və idarəetmə fənn birləşmə komissiyası
3. Humanitar və sosial fənn birləşmə komissiyası
4. Ümumtəhsil fənn birləşmə komissiyası
5. Dillər fənn birləşmə komissiyası
                                            Maliyyə İqtisad kollecinin direktoru
                                            Tərbiyə işləri üzrə direktor müavini
                                            İnzibati-təsərrüfat işləri üzrə direktor müavini
                                            Maliyyə işi şöbəsinin müdiri
                                            Bank və sosial iş şöbəsinin müdiri
                                            Vergi işi şöbəsinin müdiri
                                            Mühasibat uçotu şöbəsinin müdiri
                                            Qiyabi şöbənin müdiri
                                            Tədris hissə müdiri
                                            Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri