Mərkəz xidmət keyfiyyətinin və tələbə məmnunluğunun artırılması, müraciətlərin idarə edilməsinə nəzarətin gücləndirilməsi yolu ilə UNEC-də idarəetmənin səmərəliliyini yüksəltməyi hədəfləyir.
Tələbə İşləri Mərkəzi (TİM) UNEC Elmi Şurasının 31.05.2020-ci il tarixli qərarı əsasında yaradılıb. Mərkəzin əsas məqsədi təhsilalanlara göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək, tələbə məmnunluğunu təmin etmək, vaxta qənaət edilməsi, müraciətlərin idarə olunmasına nəzarətin gücləndirilməsini mərkəzləşdirməklə idarəetmədə səmərəliliyi artırmaqdır. Mərkəzin tərkibində 3 şöbə fəaliyyət göstərir:
*
- Tələbə şöbəsi
- Tələbə hərəkəti şöbəsi
- Bir Pəncərə şöbəsi
*
İ
Tələbə şöbəsi təhsilalanların şəxsi işlərinin idarə olunması və təhsil sənədlərinin rəsmiləşdirilməsini təmin edir.
Tələbə hərəkəti şöbəsi təhsilalanların təhsil hərəkətinin rəsmiləşdirilməsi və məlumatların müvafiq sistemlərə daxil edilməsini həyata keçirir.
Bir Pəncərə şöbəsi tələbələrin elektron müraciətlərinin operativ və rahat şəkildə icrasını təmin edir.