Filial 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə
Dərbənd şəhərində yaradılıb.
2016-cı il noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetinin Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialının rəsmi açılışı olub. Filiala qəbul Rusiya Federasiyasında tələbələrin qəbul qaydalarına əsasən aparılır. Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 25 noyabr 2015-сi il tarixli əmri ilə UNEC-in Dərbənd filialının fəaliyyəti üçün Lisenziya verilib. 2016/2017-ci tədris ili üçün ali təhsilin bakalavr pilləsi üzrə UNEC-in Dərbənd filialına Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 14 oktyabr 2015-ci il tarixli əmrinə uyğun hazırlanan Qəbul Qaydaları təsdiq edilib. Qəbul Qaydaları UNEC-in Elmi Şurasının 25 dekabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilib.
Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə İqtisad Universitetinin Dərbənd filialının yeni təhsil kompleksi tikilərək istifadəyə verilib. Filialın ümumi sahəsi 11 min kvadrat metrdir. Filialda bir növbədə 1000 tələbənin təhsil alması üçün 32 auditoriya var. Dərbənd filialı bütün zəruri infrastruktura malikdir. Bütün mühazirə auditoriyaları proyektor və kompüter avadanlıqları ilə təchiz olunub. Hər bir fənn üzrə ixtisaslaşmış auditoriyalar yaradılıb.
Maliyyə-kredit
Mühasibat uçotu, təhlil və audit
Ümumi iqtisadiyyat
Əyani təhsil
Əyani-qiyabi
Qiyabi təhsil
Rus
Azərbaycan
TƏDRİS PLANLARI
📘Mühasibat uçotu, təhlil və audit (əyani)
📘Mühasibat uçotu, təhlil və audit (əyani-qiyabi)
📘Maliyyə və kredit (əyani)
📘Maliyyə və kredit (əyani-qiyabi)
📘Ümumi iqtisadiyyat (əyani)
📘Ümumi iqtisadiyyat (əyani-qiyabi)
Filialda kitabxana və oxu zalı, kompüter və linqafon otaqları, idman və aerobika zalları, tibb məntəqəsi, müasir tələblərə cavab verən 100 yerlik yeməkxana istifadəyə verilib. Akt zalı 284 nəfərlik tədbirin keçirilməsinə imkan verir. Mərkəzi istilik sistemi, avtonom altstansiya, 80 kub metrlik su anbarı yaradılıb, 100 Mbit/s sürətli internet xətti çəkilib. Dərbənd filialında tam sutka ərzində fəaliyyət göstərən videomüşahidə kameraları quraşdırılıb. Muasir tələblərə cavab verən kampus 1500 tələbə üçün nəzərdə tutulub. Kampusa kitabxana, yeməkxana, idman zalı və hovuz, həmçinin 200 nəfərlik lisey də daxildir.