Elmi nəşrlər

UNEC elmi-tədqiqat fəaliyyətinə böyük önəm verir və bu çərçivədə bir neçə elmi jurnal nəşr edir. Bu jurnalların məqsədi iqtisadiyyat, idarəetmə, maliyyə, sosial elmlər və digər əlaqəli sahələrdə aparılan elmi tədqiqatların yayılması və elmi müzakirələrin təşviq olunmasıdır.

Journal of Economics and Management Advances (JEMA) iqtisadiyyat və idarəetmə sahələrində yüksək keyfiyyətli elmi tədqiqatların yayılmasına həsr olunmuş həm nəzəri, həm də praktik əhəmiyyət daşıyan məqalələr dərc edən elmi jurnal olaraq fəaliyyət göstərir. 

UNEC Journal of Computer Science and Digital Technologies (JCSDT) Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən 95 illik yubiley münasibətilə yaradılmış, yarımillik, peer-review sistemi ilə dərc olunan, açıq elikli (open-access) elmi jurnal olaraq fəaliyyət göstərir. 

Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri — UNEC tərəfindən rübdə bir dəfə nəşr olunan, çoxşaxəli və rəy prosesi əsasında fəaliyyət göstərən akademik jurnaldır. Jurnal, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 12 oktyabr 2012-ci il tarixli müraciəti əsasında, 16 noyabr 2012-ci ildən çap mediasının reyestrinə daxil edilmişdir. 

“UNEC Expert” jurnalı UNEC-in yeni nəsil elmi-analitik jurnallarından biridir. Bu jurnal ənənəvi akademik yanaşmalardan fərqli olaraq, daha çox analitik təhlillərə, praktik iqtisadi nəticələrə və aktual iqtisadi məsələlərin ekspert dəyərləndirməsinə əsaslanır.

UNEC Journal of Engineering and Applied Sciences (UNEC JEAS) Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən dərc olunan, mühəndislik və tətbiqi elmlər sahələrində nəzəri və praktik tədqiqatları dərc edən yarımillik, peer-review (hərtərəfli qiymətləndirmə) sisteminə malik, açıq elikli (open-access) elmi jurnaldır.

UNEC Journal of Current Problems in Design (JCPD) – Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən nəşr edilən elmi, resenziyalı və açıq girişli jurnaldır. Jurnal dizayn sahəsində aktual problemləri işıqlandırmaq, nəzəri və praktik tədqiqatları bir araya gətirmək və fənlərarası yanaşmaların inkişafını təşviq etmək məqsədilə yaradılmışdır. 

UNEC Student Research Journal – Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Elmi Cəmiyyəti tərəfindən yaradılan ilk tələbə elmi jurnalidir. Jurnal tələbələr tərəfindən hazırlanır və redaksiya heyəti əsasən tələbələrdən ibarətdir. Jurnal 2023-cü ilin dekabr ayında təsis edilmişdir. 

UNEC-in elmi nəşrlərindən biri olan “Journal of Economic Sciences: Theory and Practice” jurnalı artıq nüfuzlu Scopus elmi verilənlər bazasında indekslənib. Bu, son bir ildə UNEC-in Scopus bazasına daxil edilmiş ikinci elmi jurnalıdır və bu uğur Azərbaycan universitetlərinin elmi infrastrukturunda yeni bir mərhələdir. 

Tərəfdaşlar